Azərbaycan multimodal dəhlizlə bağlı Qırğızıstanda keçiriləcək iclasda iştirak edəcək

Azərbaycan multimodal dəhlizlə bağlı Qırğızıstanda keçiriləcək iclasda iştirak edəcək
# 08 iyun 2022 14:09 (UTC +04:00)

“Qırğızıstan Dəmir Yolları” (QDY) Dövlət Müəssisəsi Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və Avropanı dəmir yolu ilə birləşdirəcək multimodal dəhliz yaradılması layihəsinin həyata keçirilməsində iştirak edir.

APA-Economics” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müəssisənin direktor müavini Dastan Usubakunov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində yüklərin böyük hissəsinin dəmir yolu relsləri ilə konteyner qatarları ilə çatdırılması nəzərdə tutulub.
Layihədə Qırğızıstandan “Qırğızıstan Dəmir Yyolu” administrasiyası iştirak edəcək. Dastan Usubakunov bildirib ki, şirkət respublika daxilində yükdaşımaları həyata keçirəcək.

Hazırda yolun Qırğızıstan ərazisində Qırğızıstan-Çin sərhədindəki “İrkeştam” keçid məntəqəsindən “Oş” stansiyasına qədər olan hissəsi və dəmir yolunun “Oş” stansiyasından Özbəkistan sərhədlərinə qədər olan hissəsi multimodal dəhlizin bir hissəsi hesab olunur.
QDY-nin direktor müavininin sözlərinə görə, iştirakçı ölkələrin dəmir yolu administrasiyaları öz tarifləri ilə yükdaşıma xidmətlərini göstərirlər. Bununla belə, tərəflər multimodal dəhliz üzrə daşımalarda güzəştlər etməyə razılaşırlar.
“Asiya-Sakit Okean Ölkələri layihəsi sayəsində Qırğızıstanın cənubu beynəlxalq yük daşımalarına cəlb olunacaq. Həftədə bir qatar, təxminən 44 vaqon, artıq Çindən çoxsaylı mallara çıxışı təmin edəcək”, - deyə Dastan Usubakunov qeyd edib.

Qeyd olunur ki, bu ilin martında Daşkənddə dəhlizin yaradılması layihəsində iştirak edən ölkələrin dəmir yolu administrasiyalarının iclası keçirilib. Növbəti görüşün iyunun 29-da Bişkekdə keçirilməsi planlaşdırılır. Artıq Azərbaycan, Türkmənistan, Özbəkistan, Türkiyə və Gürcüstan iclasda iştirak edəcək nümayəndə heyətlərinin siyahısını göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR