Azərbaycan Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinatorluq edir

Azərbaycan Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinatorluq edir
# 20 iyun 2019 14:58 (UTC +04:00)

Bu ilin 17-21 iyun tarixlərində Çexiyanın Praqa şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının (CEPT) hazırlıq qrupunun iclası keçirilir.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən (DRİ) "APA-Econmics"ə verilən məlumata görə, Azərbaycanı iclasda DRİ təmsil edir.

"Ümumdünya Radiorabitə Konfransı – 2019"un gündəliyinin 8-ci bəndi üzrə müzakirələrdə CEPT-də koordinatorluğu DRİ-nin rəhbəri Rahid Ələkbərli edir.

Görüş çərçivəsində bir sıra beynəlxalq təşkilatın nümayəndələri müzakirələrə qatılaraq bilik və təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək "Ümumdünya Radiorabitə Konfransı – 2019" cari ilin 28 oktyabr – 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR