Azərbaycan saytlarına edilən fişinq hücumların sayı azalıb

Azərbaycan saytlarına edilən fişinq hücumların sayı azalıb
# 01 iyul 2019 10:18 (UTC +04:00)

Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 41-si nəticə etibarı ilə bir uğurlu fişinq hücuma məruz qalır. “APA-Economis”in xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 527 ədəd təşkil edir. Şirkətin məlumatına əsasən iyun ayı ərzində saytların 793-ü fişinq hücumuna məruz qalıb ki, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 2,44%-ni təşkil edir.

İyun ayında qeydə alınan fişinq hücumlarının sayı may ayının göstəricisindən 2,4% azdır.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 376, Özbəkistanda – 1105, Rusiyada – 551, Qırğızıstanda – 585, Belarusda – 834, Qazaxıstanda – 1006, Gürcüstanda – 263, Ermənistanda isə 389 sayta bir uğurlu fişinq hücumu düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR