Azərbaycan TRACECA-ya dəstək verəcək

Azərbaycan TRACECA-ya dəstək verəcək
# 19 may 2022 10:27 (UTC +04:00)

Azərbaycan infrastrukturun inkişafı, nəqliyyat marşrutlarının diversifikasiyası və rasional istifadəsində maraqlıdır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin müdiri Vasif Əmiraslanov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafı"na həsr olunmuş konfransda bildirib. Qeyd edib ki, ölkə bu istiqamətdə normativ aktların inkişafında maraqlıdır.

Vasif Əmiraslanov xatırladıb ki, Azərbaycan bir sıra nəqliyyat layihələrinin və dəhlizlərinin iştirakçısıdır.

Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycan tərəfi gömrük prosedurlarının və tarif siyasətinin sadələşdirilməsi istiqamətində öz səylərini əsirgəməyərək bu sahədə TRACECA-ya dəstək verəcək.

Qeyd edək ki, konfrans TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR