Azərbaycan və Qırğızıstan bərə daşınmalarında güzəştli tarifləri müzakirə ediblər - FOTO

Azərbaycan və Qırğızıstan bərə daşınmalarında güzəştli tarifləri müzakirə ediblər - FOTO
# 29 aprel 2022 13:04 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevlə görüşüb.

APA-Economics” Qırğızıstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələr arasında hava nəqliyyatının bərpası, Qırğızıstan yükdaşıyıcıları üçün Xəzər dənizi vasitəsilə güzəştli bərə tariflərinin verilməsi, yükdaşımalara icazə blanklarının artırılması, Azərbaycan peyk sistemlərinin imkanlarının Qırğızıstan tərəfi üçün praktiki tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşün yekunu olaraq tərəflər yuxarıda qeyd olunan məsələlər üzrə işi davam etdirmək və Qırğızıstan və Azərbaycanın səlahiyyətli orqanları arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR