Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək

Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək
# 03 mart 2023 09:55 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsini həyata keçirəcək.

"APA-Economics" xəbər verir ki, layihənin dəyəri 1 milyon avrodur.

"İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR