Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılır - VİDEO

Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılır - VİDEO
# 06 yanvar 2023 10:11 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, hərracda 3 lot üzrə Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə “Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarılacaq.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR