Azərbaycanda akustik küy çirklənməsinin və elektron tullantılar probleminin həll yolları araşdırılıb

Azərbaycanda akustik küy çirklənməsinin və elektron tullantılar probleminin həll yolları araşdırılıb
# 01 noyabr 2019 17:58 (UTC +04:00)

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi istiqamətində tədqiqatlar aparılıb.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə akustik küy monitorinq şəbəkəsinin (AKMŞ) ətraf mühitin ekoloji monitorinq şəbəkəsinin tərkib hissəsi kimi rolu araşdırılıb, akustik küy çirklənməsi və monitorinqi məsələlərinə aid beynəlxalq və ölkə qanunvericilik bazasının monitorinqi aparılıb. Hazırda AKMŞ-in arxitektur və təşkilati-idarəetmə strukturu üzrə problemlərin bir sıra aspektləri üzrə araşdırmalar davam etdirilir.

Həmçinin cari ildə “Elektron tullantılar (ET) problemlərinin analizi və onların həlli yolları” mövzusunda tədqiqatlar aparılıb, ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər araşdırılıb, ET idarəçiliyi üzrə dünya təcrübəsi, eləcə də Azərbaycanda mövcud vəziyyətin monitorinqi və Avropa İttifaqı ilə müqayisəli analizi aparılıb. Bununla yanaşı, ET-nin müasir idarəetmə modellərinin əsaslandırılması və Azərbaycanda ET idarəetmə sisteminin yaradılması üzrə təkliflər işlənilməsi ilə bağlı işlər görülüb.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda ET problemlərinin analizi və onların həlli istiqamətində təkliflər işlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR