Azərbaycanda bu il dəniz nəqliyyatı ilə yükdaşımalar azalıb, sərnişindaşımalar isə artıb

Azərbaycanda bu il dəniz nəqliyyatı ilə yükdaşımalar azalıb, sərnişindaşımalar isə artıb
  • Clock-gray 14:15
  • calendar-gray 19 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 052,3 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% azadır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə yüklərin 33,7%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 3 997,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 663,3 min tonunu və ya 91,6%-ni tranzit yüklər təşkil edib.

Bu il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 119,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 20,3% artaraq 8,9 min nəfər olub.

APA-Economics

Digər xəbərlər

Arxiv

date