Azərbaycanda dəmir yolu ilə yük daşımaları 18% artacaq - PROQNOZ

Azərbaycanda dəmir yolu ilə yük daşımaları 18% artacaq   - PROQNOZ
  • Clock-gray 11:54
  • calendar-gray 29 Oktyabr 2019

Azərbaycanda 2023-cü ildə dəmir yolu nəqliyyatı ilə yük daşımalarının həcmi 18,4 mln. tona çatacağı proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 18% çoxdur.

"APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə dəmir yolu nəqliyyatı vasitəsi ilə 15,6 mln. ton yüklərin daşınması gözlənilir.

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi 16,1 mln. ton, 2021-ci ildə – 17,3 mln. ton, 2022-ci ildə isə 18,1 mln. ton olacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda dəmir yolu ilə 14 mln. ton yük daşınıb.

Ümumiyyətlə, nəqliyyat sektorunda yük daşımalarının bu il 238,1 mln. ton, 2020-ci ildə – 244,9 mln. ton, 2021-ci ildə – 253,2 mln. ton, 2022-ci ildə – 258,1 mln ton, 2023-cü ildə isə 261,5 mln. ton olacağı proqnozlaşdırılır.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date