Azərbaycanda e-sağlamlıq kartlarının sahiblərinin sayı açıqlanıb

Azərbaycanda e-sağlamlıq kartlarının sahiblərinin sayı açıqlanıb
# 02 iyul 2019 09:43 (UTC +04:00)

Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 2,2% artıb. Bunu “APA-Economics”ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.

Mərkəzin məlumatına görə, yanvar-iyun aylarında verilən e-sağlamlıq kartlarının sayı 29 547 ədəd artaraq 1 361 857 ədəd təşkil edib.

Bununla yanaşı, ilin əvvəlindən etibarən diabet xəstələrinə imtiyazlı olaraq 3 010 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 110 515-ə çatıb.

Cari ilin 6 ayı ərzində tibbi müayinə keçirən xəstələrə 46 889 kart verilib. Ümumilikdə, xəstələrin bu kateqoriyasında 368 634 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 14,5% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR