Azərbaycanda ötən il avtobus və taksilərlə 632 mln. manatlıq sərnişin daşınıb

Azərbaycanda ötən il avtobus və taksilərlə 632 mln. manatlıq sərnişin daşınıb
# 21 aprel 2022 16:55 (UTC +04:00)

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə (avtobus və taksi) sərnişin daşınmasından əldə olunan gəlir 632 251,5 min manat olub, bu da illik müqayisədə 16,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 542 382,8 min manat təşkil edib.

Ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 119,9 mln. çox sərnişin daşınıb, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə illik müqayisədə 1,8% çoxdur. Hesabat dövründə sərnişinlərin 92,2%-i avtobus, 7,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR