Azərbaycanda kabel və peyk televiziya qoşulmalarının sayı artıb

Azərbaycanda kabel və peyk televiziya qoşulmalarının sayı artıb
# 04 sentyabr 2019 16:32 (UTC +04:00)

Ötən il ərzində Azərbaycan əhalisinin 29,1%-i adi televiziya antenalarından, 38,4%-i peyk antenalarından, 32,5%-i isə kabel yayımından istifadə etməklə televiziya məzmununa baxma imkanına malik olub. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, 2017-ci illə müqayisədə ötən il adi TV antenaları vasitəsilə televiziya yayımına baxanların sayı 0,4 faiz bəndi azalıb, peyk antenalarla və kabel TV ilə qoşulmaların sayı isə 0,2 faiz bəndi artıb.

Ötən ilin göstəricilərinə görə, kənd yaşayış məntəqələrinə peyk qoşulmaların payı 55,8%, adi televiziya antenaların isə 44,2% təşkil edib. Böyük şəhərlərdə bu göstərici müvafiq olaraq 23,1% və 17,7% təşkil edir, qalan 59,5%-i isə kabel televiziya qoşulmaların payına düşüb.

"Ötən ilin göstəricilərinə görə, Bakıda əhalinin 59,6%-i kabel televiziyası istifadəçiləridir və bu göstərici 2017-ci illə müqayisədə 0,2 faiz bəndi artıb. Paytaxtda adi və peyk antenalarla TV qoşulmaların nisbəti ötən ilin göstəricilərinə uyğun müvafiq olaraq 25,2% və 15,2% təşkil edib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə adi antenalar üzrə 0,3 faiz bəndi az, peyk qoşulmaları üzrə isə 0,1 faiz bəndi çoxdur", - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR