Azərbaycanda qaz sayğaclarına müdaxilə kəskin azalıb

Azərbaycanda qaz sayğaclarına müdaxilə kəskin azalıb
# 25 noyabr 2022 11:35 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2022-ci ilin əvvəlindən 650 minə yaxın dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, artıq bunların 250 mini yenisi ilə əvəz edilib.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, çıxarılan sayğacların yoxlanılması nəticəsində kənar müdaxilə faktlarının azalması qeydə alınıb.

Belə ki, Rövşən Məhyəddinovun sözlərinə görə, 2020-ci ildə yoxlama üçün çıxarılan sayğacların 13 min ədədində kənar müdaxilə faktları aşkar olunub, 2021-ci ildə bu göstərici 20,8 min səviyyəsində olub, 2022-ci ildə isə 8,9 minə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR