Azərbaycanda qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb 

Azərbaycanda qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb 
# 29 aprel 2022 11:43 (UTC +04:00)

Azərbaycanda qazlaşma səviyyəsi 2009-cu ildən indiyədək 34,1 faiz bəndi artaraq 96,3%-ə çatıb.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə ölkə üzrə qazlaşma səviyyəsi 62,2% təşkil edirdi.

Teymur Cəfərov əlavə edib ki, 2009-cu ildən Azərbaycanda 1 700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb.

“Azəriqaz” nümayəndəsi vurğulayıb ki, bu ilin qazlaşma proqramında 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivinin qazlaşması nəzərdə tutulub. Yaşayış məntəqələri üzrə sayca 50%-da iş artıq gedir, yaşayış massivləri üzrə isə bu göstərici 75% səviyyəsindədir.

“Havalar istiləşəndən sonra işlər daha da sürətləndiriləcək”, - deyə, Teymur Cəfərov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR