Azərbaycanda sabit telefon şəbəkəsinə qoşulmaların sayı açıqlanıb

Azərbaycanda sabit telefon şəbəkəsinə qoşulmaların sayı açıqlanıb
# 28 iyul 2022 12:45 (UTC +04:00)

Azərbaycanda sabit şəbəkə telefonlarının sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 0,1% artaraq cari ilin yanvarın 1-nə 1 484,3 min nömrə təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il mənzillərdə sabit şəbəkə telefonların sayı 1 377,2 min (nömrə) olub ki, bu da bir il öncəki göstəricini 0,5% üstələyir.

2021-ci ilin sonuna ölkə əhalisinin hər 100 nəfərinə 15 ədəd, hər 100 ailəyə isə 64 ədəd sabit şəbəkə telefon aparatları düşüb ki, bu da 2020-ci ilin göstəricisinə bərabər olaraq qalıb.

Qeyd edək ki, ötən il ATS-lərin ümumi sayı 2061 vahid (23 vahid çox) montaj tutumu isə 1 872,8 min nömrə (artım 1,1%) təşkil edib.

1 yanvar 2022-ci il tarixinə ölkə üzrə ümumi istifadədə olan sabit şəbəkə telefonlarının sayı (taksofonlar daxil olmaqla) 1 492,2 min olub ki, bu göstərici illik ifadədə cəmi 0,05% artıb.

Hesabat dövründə taksofonların sayı 24 ədəd azalaraq bu ilin əvvəlinə 338 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR