Azərbaycanda smartfon istifadəçilərinə yeni xidmətlər təqdim olunacaq

Azərbaycanda smartfon istifadəçilərinə yeni xidmətlər təqdim olunacaq
# 24 iyun 2019 11:40 (UTC +04:00)

Azərbaycan mobil rabitə operatoru "Azercell Telekom" şirkəti smartfon istifadəçilərinə yeni servislər təqdim edəcək. Bunu "APA-Economics"ə "Azercell"in istehlakçı-biznes strukturunun rəhbəri Krasimir Genov deyib.

Onun sözlərinə görə, təqdim olunacaq servislər xüsusi mobil əlavələr üzərindən göstəriləcək ki, istifadəçilər onlara aylıq, həftəlik və ya gündəlik abunə olmaq imkanı əldə edəcəklər.

"Təkliflərimizin sırasında fitnes və düzgün qidalanmaq üçün xüsusi mobil əlavə olacaq. Əlavənin fərqliliyi ondan ibarət olacaq ki, burada yerli mətbəx nəzərə alınacaq. Həmçinin səyahət və əyləncə ilə bağlı servislər də təklif olunacaq. Ümumiyyətlə, hər bir təklifin yaş kateqoriyasına uyğun istifadəçi kontingenti olacaq. Təklif edəcəyimiz xidmətlərin üstünlüyü ondan ibarətdir ki, onlar hazırda Azərbaycan bazarında yoxdur", - deyə K. Genov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR