Azərbaycanda sterilizasiya qurğusu bu ilin oktyabr ayında istismara veriləcək

Azərbaycanda sterilizasiya qurğusu bu ilin oktyabr ayında istismara veriləcək
  • Clock-gray 15:05
  • calendar-gray 26 Avqust 2019

Azərbaycanda sterilizasiya qurğusu cari ilin oktyabr ayında istismara veriləcək.

Bunu “APA-Economics”ə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib.
Onun sözlərinə görə, qurğunun işə salınması üçün zəruri olan izotoplar artıq yüklənilib və qurğu tam olaraq istismara hazır vəziyyətdədir. 
A. Qəribov bildiirb ki, layihəyə qoyulan təqribən 6 milyon manat investisiyanın geri qaytarılması yaxın 5 il ərzində gözlənilə bilər. Mərkəz artıq bu yeni xidmət növünə dair istehsalçılardan və sahibkarlardan sifarişlər qəbul etməyə hazırdır. 
A. Qəribovun sözlərinə görə, qurğu mikrobların məhv edilməsi üçün qamma-şualandırma metodunu tətbiq etməyə imkan verir, bu isə öz növbəsində kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvə, ədviyyat, kartof və s.), həmçinin tibbi preparatların saxlanılma müddətini artırır: "Məsələn, Türkiyədən idxal olunan quru meyvələrin və ədviyyatların sterilizasiyası mütləq  şəkildə aparılır. Belə ki, onlar bir çox xəstəliklərin daşıyıcısıdır. Burada söhbət əlbəttə ki, heç bir kimyəvi sterilizasiyadan getmir. Bu sahədə fəaliyyət göstərən istehsalçılara, sahibkarlara tövsiyə olunur ki, hər hansı məhsulu ölkəyə idxal edərkən, onlar mütləq məhsulların neçə sterilizasiya olunması ilə maraqlansınlar. Bu, həm məhsulların saxlanılma dövrünü artırır, həm də onları mikroblardan zərərsizləşdirilir”.
Qeyd edək ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” bu layihəni Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində birgə həyata keçirib. Agentlik Azərbaycanda digər layihələrin də həyata keçirilməsinə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Sterilizasiya qurğusu Qobu qəsəbəsində Nüvə Tədqiqatları Mərkəzinin balansında olan ərazidə yerləşir. 
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date