Azərbaycanda yanvarda ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı açıqlanıb

Azərbaycanda yanvarda ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı açıqlanıb
# 01 fevral 2022 10:54 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 2020-ci ilin dekabr ayı ilə müqayisədə 7,2 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin fevralın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 51% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 30,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 4,8 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevral ayının 1-nə 15,1% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,9 faiz bəndi azdır.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2 faiz bəndi artıb. Fevralın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 12,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 10,4, "Twitter" – 5,7%, “Tumblr” – 1,6%, "VKontakte" – 1% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR