Azərbaycanda bu il MTK-lar üzrə 2,5 mindən çox elektron çıxarış hazırlanıb

Azərbaycanda bu il MTK-lar üzrə 2,5 mindən çox elektron çıxarış hazırlanıb
# 29 iyul 2019 15:56 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 60-a yaxın mənzil-tikinti kooperativinin (MTK) sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2 500-dən çox elektron çıxarış hazırlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib.

Azərbaycan Prezidentinin 29 mart 2019-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşdırılır, vətəndaş-məmur ünsiyyətini minimuma enir, əmlakın qeydiyyatı sadələşir.

"Artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR