Azərbaycanın altı şəhər və rayonunda qaz təchizatında fasilələr yaranacaq

Azərbaycanın altı şəhər və rayonunda qaz təchizatında fasilələr yaranacaq
# 25 oktyabr 2019 10:27 (UTC +04:00)

Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR