Azərbaycanın domen zonasında qeydiyyatdan keçən veb-saytların sayı artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən veb-saytların sayı artıb
# 01 oktyabr 2019 14:13 (UTC +04:00)

Azərbaycanın milli domen zonasında (".az") 33 333 internet resursu qeydə alınıb.

"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında ".az" domenində qeydiyyatdan keçən saytların sayı 6,8% artıb. Qeydə alınan saytların ümumi sayının 31 083-ü birinci səviyyəli domen zonasına aiddir ki, bu da cari ilin əvvəlində olan göstəricini 14,6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 268 sayt qeydiyyatdan keçib. Bu göstərici ilin əvvəlindən 8,7% artıb.

Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 439 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlində olan göstəricini 19,6% üstələyir.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

pro.az

1

name.az

13

biz.az

24

pp.az

25

int.az

31

net.az

78

info.az

106

co.az

121

org.az

144

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR