Azərbaycanın mobil operatoru Sim-nömrələri idarə etmək üçün əlavəsini təqdim edib

Azərbaycanın mobil operatoru Sim-nömrələri idarə etmək üçün əlavəsini təqdim edib
# 22 avqust 2019 14:44 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru "Nar", abunəçi nömrələrini idarə üçün öz "Nar+" mobil tətbiqini təqdim etdi.

APA-Economics”-in məlumatına görə, mobil əlavə vasitəsilə abunəçilər “Nar”ın çağrı mərkəzinə müraciət etmədən Sim-karta aid müxtəlif əməliyyatları apara biləcəklər. Belə ki, proqram vasitəsilə onlar mobil danışıq, internet və SMS balansı yoxlamaq, artırmaq, nəzarət altında saxlamaq, uyğun tarifi seçmək, xidmətləri qoşa və dayandıra biləcəklər. Mobil əlavə həm iOS, həm də Android əməliyyat sistemləri üçün mövcuddur.

Qeyd edək ki, hazırda oxşar tətbiqlər Azercell (Kabinetim) və Bakcell (Mənim Bakcellim) abunəçiləri üçün də mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR