Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 7% artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 7% artıb
# 13 iyul 2022 14:34 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 495 mln. manat təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 mln. manat və ya 7% artıb.
Cari ilin iyun ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 3,9% və ya 3,3 mln. manat artaraq 86,9 mln. manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 2,3% və ya 2 mln. manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,3%-ni təşkil edib.
“Bu ilin yanvar-iyun aylarında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 1260,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari yarımildə real ifadədə 14,2% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR