"Poçtap" xidmətində 1 400-ə yaxın itirilmiş sənəd qeydə alınıb

"Poçtap" xidmətində 1 400-ə yaxın itirilmiş sənəd qeydə alınıb
# 03 iyul 2019 14:19 (UTC +04:00)

“Azərpoct” MMC-nin “Poçtap” xidmətində 1 385 itirilmiş sənəd qeydə alınıb. APA-Economics”ə “Azərpoçt” MMC-dən verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 441-i sahiblərinə çatdırılıb, 938-i isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 6-sı “Azərpoct”un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilmiş sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. Xidmət haqqı 1,8 manat təşkil edir. İtirilmiş sənədin tapılıb-tapılmadığı barədə məlumatı pochtap.az saytının müvafiq bölməsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR