Azərbaycanın regional tranzit poçt mərkəzində 42 ton elektron ticarətlə edilən sifarişlər emal olunub

Azərbaycanın regional tranzit poçt mərkəzində 42 ton elektron ticarətlə edilən sifarişlər emal olunub
# 20 noyabr 2019 16:06 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində 41 946 kq (938 min ədəddən çox) poçt həcmi Azərbaycanda yerləşən regional tranzit poçt mərkəzində emal olunaraq dünyanın 16 ölkəsinə göndərilib.

“Azərpoçt” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya, Türkiyə kimi ölkələrə 23 258 ədəd sifarişli və 914 824 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.

Qeyd edək ki, “Azərpoçt” və “Silk Way”in əməkdaşlığı ilə yaradılan regional tranzit poçt mərkəzi artıq 3 ildir ki fəaliyyət göstərir. Layihə dünyanın əsas yük mərkəzi olan Cin Xalq Respublikasından sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən emal olunaraq MDB və digər ölkələrə çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR