Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib
# 22 iyul 2022 21:08 (UTC +04:00)

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında iclasda məlumat verilib.

Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib.

Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.

İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR