Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaların həcmi artıb

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaların həcmi artıb
# 23 iyul 2019 13:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan dəmir yolu nəqliyyatı ilə Gürcüstana səfər edənlərin sayı artıb.

APA-nın yerli bürosunun Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Gürcüstana 16 475 sərnişin səfər edib ki, bu da 2018-ci ilin ilk yarısı ilə müqayisə 38% çoxdur.

Hesabat dövründə əks istiqamətdə hərəkət edən sərnişinlərin sayında da artım qeydə alınıb. Belə ki, 2019-cu ilin ilk yarısında Gürcüstandan Azərbaycana dəmir yolu ilə 14 357 nəfər gəlib. Bu göstərici 2018-ci ilin analoji dövrünə nisbətən 30,3% artıb.

Qeyd edək ki, ötən gün “Georgian Railways” şirkəti dəmir yolu sərnişin daşımalarından cari ilin ilk altı ayı ərzində 11 mln. lari (təxminən 4 mln. ABŞ dolları) gəlir əldə etdiyini açıqlayıb ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 20% çoxdur və ya ötən il bütün daşımalarından əldə edilən gəlirlərin 51%-nə bərabərdir. Yanvar-iyun ayları ərzində “Georgian Railways” 1 277 312 sərnişinə xidmət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR