Azərbaycanla İsrail arasında daha bir sənəd imzalanıb - FOTO

Azərbaycanla İsrail arasında daha bir sənəd imzalanıb - FOTO
# 14 sentyabr 2022 20:37 (UTC +04:00)

Bu gün Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, tədbirdə İsrail şirkətləri tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində potensial layihələrin icrasına dair təqdimatlar keçirilib, palatanın 2023-cü ildəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

İsraillə əməkdaşlıq imkanlarına gəlincə qeyd edilib ki, İsrailin müvafiq strukturları ilə əlaqələrin gücləndirilməsi, bu ölkənin kiçik və orta müəssisələrinin Azərbaycanda birgə layihələrə dəvət edilməsi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı planlaşdırılır.

İclas çərçivəsində həmçinin, KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR