"Azercell" korporativ müştərilər üçün yeni xidmətini istifadəyə verib

"Azercell" korporativ müştərilər üçün yeni xidmətini istifadəyə verib
# 11 iyul 2019 13:03 (UTC +04:00)

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfə alan “Azercell Telekom” bu sıradan olan daha bir yeniliyə imza atıb.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” – veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə “Azercell” korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyi ilə inkişaf etdirməkdə dəstək olacaq.

Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir.

Yeni yaradılmış xidmət də daxil olmaqla, “Azercell”in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekommunikasiya tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır.

Korporativ abunəçilər [email protected] e-mail ünvanına müraciətlərini göndərməklə, “Azercell”in yaratdığı bu fürsətdən yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR