"Azercell" korporativ müştərilər üçün yeni xidmətini istifadəyə verib

"Azercell" korporativ müştərilər üçün yeni xidmətini istifadəyə verib
# 02 sentyabr 2019 12:46 (UTC +04:00)

“Azercell Telekom” MMC korporativ müştəriləri üçün yeni nəsil “Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə “Azercell” müştərilərinə rəqəmsal dünyada bizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Biznesim İnternet Xətti” xidməti sayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.

Şirkətin işləri daim etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var. Belə ki, korporativ müştərilər ehtiyacları olan sürəti – 5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

Digər bir üstünlük etibarlı bağlantıdır. Belə ki, 24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

Başqa bir üstünlük rəqabətdən kənar xidmətin olmasıdır. “Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

“Korporativ müştərilərimizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiya proqramının hazırda tam mərkəzindəyik. Xidmətlərimizin hüdudlarını genişləndirmək, “Azercell”i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızın əsas tərkib hissəsidir”, - deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorqos Çatzis (Giorgos Chatzis) qeyd edib.” - G. Chatzis vurğulayıb.

Xidmətə qoşulmaq üçün [email protected] elektron poçt ünvanına müraciət göndərmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR