"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 24 dekabr 2021 13:05 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

"Biz bütün komanda olaraq gücləndirilmiş rejimində çalışacağıq və qazın təminatı ilə bağlı heç bir problem olmayacaq", - deyə, R. Əliyev qeyd edib.

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR