"Azəriqaz": Bir ay ərzində abunəçilər qaz müqavilələrini öz adlarına keçirməlidir

"Azəriqaz": Bir ay ərzində abunəçilər qaz müqavilələrini öz adlarına keçirməlidir
# 09 sentyabr 2022 11:42 (UTC +04:00)

Qaz təchizatı ilə bağlı abunəçi ilə "Azəriqaz" İB arasında mütləq qaydada müqavilələr bağlanılmalıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin 104 çağrı mərkəzinin rəhbəri Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müqavilələrdə abunəçi tərəfindən müvafiq bildirişlərin vaxtında alması üçün istifadədə olan mobil və ya ev telefonunun nömrəsinin düzgün qeyd olunması zəruri hesab olunur.
“Elə abunəçilər də var ki, qaz təchizatı müqaviləsi dünyasını dəyişən valideynlərindən birinin adınadır. Evin çıxarışı abunəçinin öz adına olsa da, qaz təchizatı müqaviləsini addan-ada keçirməyib. “Azəriqaz” bu müqavilənin bağlanması üçün abunəçilərə bir ay müddətində müraciət etmələrini xahiş edir. Əks halda qaz təchizatı dayandırılacaq”, - deyə Xalidə Şimşək qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR