“Azəriqaz”: Üç ayda 547 əməkdaşımıza töhmət vermişik

“Azəriqaz”: Üç ayda 547 əməkdaşımıza töhmət vermişik
# 31 mart 2023 11:34 (UTC +04:00)

Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib.

APA-Economics”xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalıstlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.

“Bizim məqsədimiz nədir, abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərinin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, - Eldəniz Vəliyev vurğulayıb.

Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nın abonentlərinin sayı 2,5 milyona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR