“Azəriqaz”in növbəti “Açıq mikrofon”u Yardımlıda qurulacaq

“Azəriqaz”in növbəti “Açıq mikrofon”u Yardımlıda qurulacaq
# 21 aprel 2022 19:00 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı Yardımlı rayonu, Perimbel kəndində təşkil olunacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, aprelin 23-ü saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR