“Azərişıq” Strateji İnkişaf Planını təqdim edib

“Azərişıq” Strateji İnkişaf Planını təqdim edib
# 07 dekabr 2022 18:18 (UTC +04:00)

“Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının təqdimatı keçirilib.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, təqdimat zamanı “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov bildirib ki, sənədin məqsədi, ölkənin artan enerji tələbatına və sosial ehtiyaclarına cavab verən strateji planının əsasında növbəti dövrlərdə işlərin icrasıdır. Eyni zamanda, bu sənəd, enerji təchizatı sistemi üzrə etibarlılığının artırılmasına, elektrik enerjisi itkilərinin azaldılmasına, müasir idarəçilik üzrə alətlərin təkmilləşdirilməsinə xidmət edəcək.

Beynəlxalq məsləhətçi şirkətin eksperti Helmut Sandman Strateji İnkişaf Planına Liberal Bazar Modeli, Elektrik enerjisinə tələbata və itkilərin azaldılmasına dair qiymətləndirmələr və proqnozlar, enerji itkiləri, yenidənqurma və investisiya tələbləri, CO2 (Karbon-dioksid) emissiyasının azaldılması və enerji səmərəliliyinin təşviqi, maliyyə resurslarının mobilizasiyası və maliyyələşdirmə strategiyası, iqtisadi-maliyyə qiymətləndirməsi və tarif/marja təsirləri, rəqəmsallaşdırılma və müasirləşdirilmə, kadr potensialının inkişaf strategiyası və fəaliyyət planı daxil edildiyi haqda ətraflı məlumat verib.

“Azərişıq” Strateji İnkişaf Planında (ASİP) istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün paylayıcı şəbəkə infrastrukturlarının tamamilə yenidən qurulmasının tələb olunduğu yerlərdə innovativ sistemlərin qurulması, müasir texnoloji həllər və yaşıl enerji texnologiyalarının tətbiqinin daha məqsədəuyğun olması qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR