“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib

“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib
# 15 noyabr 2019 13:42 (UTC +04:00)

Bu gün "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Yardımlıda vətəndaşları qəbul edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Masallı və Yardımlıdan olan vətəndaşlar iştirak ediblər.

Əhalinin müraciətləri dinləyən “Azərişıq” rəhbəri bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Bir sıra araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR