"Azərsu" Babək prospektində qazıntı işlərinin aparılacağı barədə xəbərə münasibət bildirib

"Azərsu" Babək prospektində qazıntı işlərinin aparılacağı barədə xəbərə münasibət bildirib
# 31 oktyabr 2019 21:19 (UTC +04:00)

"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə, bəzi saytlarda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb: "Rəsmi olaraq bildirirk ki, bu, yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR