Bakının üç prospektində təmir işləri görülüb - FOTO

Bakının üç prospektində təmir işləri görülüb - FOTO
# 04 may 2022 18:06 (UTC +04:00)

Bakı şəhəri Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel və 01 may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR