Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq
# 11 yanvar 2022 10:39 (UTC +04:00)

Bu gün Bakının Nəsimi, Binəqədi və Suraxanı rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 11 yanvar 2022-ci il tarixində gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR