"Baktelecom": Partlayış nəticəsində rabitə infrastrukturuna ziyan dəyməyib

"Baktelecom": Partlayış nəticəsində rabitə infrastrukturuna ziyan dəyməyib
# 12 iyul 2022 11:10 (UTC +04:00)

Dünən gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verməsi ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelecom") xidmətlərinin göstərilməsində heç bir fasilə qeydə alınmayıb.

"Baktelecom"dan "APA-Economics"ə verilən məlumata görə, ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib.

"Hazırda hadisənin baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq", - MMC-dən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR