Bayramla əlaqədar Bakı-Ağstafa qatar reyslərinin sayı intensivləşdirilir

Bayramla əlaqədar Bakı-Ağstafa qatar reyslərinin sayı intensivləşdirilir
# 15 mart 2023 12:34 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə sayca 2-ci reys təyin edir.

"APA-Economics" xəbər verir ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08.25-də yola düşən qatar mənzilbaşına saat 13.20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR