"Bestcomp Group" Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirib - FOTOSESSİYA

"Bestcomp Group" Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirib - FOTOSESSİYA
# 21 oktyabr 2019 16:52 (UTC +04:00)

“Bestcomp Group” beynəlxalq şirkətlər qrupu Özbəkistan, Azərbaycan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşların iştirakı dünyanın aparıcı İT vendorları üçün Daşkənddə təqdimat konfransı keçirib.

APA-Economics”in məlumatına görə, “Bestcomp Group” şirkətlər qrupu Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində “Hewlett Packard Enterprise”, “HP Inc.”, “Lenovo DCG”, “Lenovo PSG”, “Acer”, “Microsoft”, “Eaton”, “APC by Schneider Electric”, “Radware”, “Microfocus Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, HID, “Monacor”, “Qualys”, “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distributoru, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən “Bestcomp Group”un Müşahidə Şurasının sədri Rauf Həsənov açılış nitqində Özbəkistan və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlığı, həmçinin “Bestcomp Group” şirkətlər qrupunun fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğulayıb.

“Bestcomp Group”un Mərkəzi Asiyada regional ofisinin baş direktoru Xəlil Ələkbərov isə şirkətin böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün açılan fürsətlərdən danışıb. O həmçinin “Bestcomp Group” Mərkəzi Asiya regional ofisinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim edib.

Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl İT şirkətlərinin aparıcı menecerləri İT sahəsində olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni həllər haqqında danışdılar.

Təqdimatçılar arasında “Lenovo PSG” şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda korporativ sifarişçilərlə iş üzrə meneceri Qaziz Abdrassilovu, “Lenovo Data Center Group” Məlumat Mərkəzi üçün həllərin satışı şöbəsinin rəhbəri Anton Boldini; “HP Inc.” şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda satış kanallarının inkişafı üzrə meneceri Andrey Naumenkonu və “HP Inc.” distribusiyası üzrə meneceri Aleksandr Jelezkovu; “Radware” şirkətinin MDB və Baltik ölkələr üzrə direktoru Dmitri Xusinskini; “Eaton” şirkətinin regional satış nümayəndəsi Kerim Çeliki; “Acer”in Orta Asiya, Qafqaz, Türkiyə və Qazaxıstan üzrə regional direktoru Mixail Konstantinovu xüsusilə vurğulamaq olar.

Konfransın rəsmi hissəsinin sonunda Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edildi. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyun ayında “Formula 1” Qran Prisində iştirak etmək üçün “odlar diyarı” Bakı şəhərinə dəvət ediləcəklər.

Axşam tədbiri rəqs qrupunun, vokal-instrumental ansamblın və “Özbəkistanın Səs”i müsabiqəsinin qalibi Səbinə Mustayevanın iştirakı ilə keçən ziyafət məclisi ilə başa çatıb.

Tədbir boyunca iştirakçılar dünyanın aparıcı İT brendləri “HP Inc”., “Lenovo” və “Acer” şirkətlərindən dəyərli hədiyyələr qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR