“Caucasus Ventures” fondunun rəhbəri: “Biz aşağı faiz göstəricisi olan bazarlara inanırıq”

“Caucasus Ventures” fondunun rəhbəri: “Biz aşağı faiz göstəricisi olan bazarlara inanırıq”
# 29 noyabr 2022 13:54 (UTC +04:00)

“Caucasus Ventures” vençur fondunun coğrafiyası kiçik deyil. Biz Qafqaz regionu, Şərqi Avropa və Orta Asiya ölkələrini nəzərdə tutmuşuq.

APA-Economics” xəbər verir ki, bunu “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim bildirib. Onun sözlərinə görə, bu coğrafiya genişlənə bilər.

“Pakistandan Macarıstana qədər olan coğrafiya bizim coğrafi mandatımızı əhatə edir. Biz hal-hazırda 2 trilyon dollar ÜDM-i olan, 200 milyon əhalisi olan coğrafiyadan danışırıq, bu coğrafiya böyüməkdə olan coğrafiyadır və hesablasaq 10-a yaxın “unicorn” (vençur kapitalı sənayesində dəyəri 1 milyard dollardan çox olan özəl startap şirkəti – red.) çıxır. Bunun da böyük hissəsi Türkiyənin payına düşür. Bu coğrafiya bizim üçün maraqlıdır. Azərbaycanın bu coğrafiyalarda investisiyaları olub, tərəfdaşları var, ona görə biz bu coğrafiyada uğurlu olacağımızı düşünürük”, - deyə fondun sədri bildirib.

M.Kərim fondun hədəfləri haqqında da danışıb:

“Biz aşağı faiz göstərici olan bazarlara inanırıq. Bu ötən il 55% idi, indi 67%-dir. Biz böyüyən bazarlara xitab edirik və layihələrimiz də böyüyən bazarda baş verəcək. Fondun investisiya qoyacağı məbləğ 10 milyon manata yaxın olacaq. Təxminən növbəti 5-7 il ərzində 50 startapa investisiya qoymaq niyyətimiz var. Bunu mərhələlərə bölmüşük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR