Cavid Qurbanov: "Ləki-Qəbələ dəmir yolu gələn ilin avqust-sentyabr aylarına istifadəyə hazır olacaq"

Cavid Qurbanov: "Ləki-Qəbələ dəmir yolu gələn ilin avqust-sentyabr aylarına istifadəyə hazır olacaq"
# 13 noyabr 2019 16:47 (UTC +04:00)

"Ləki-Qəbələ dəmir yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir. Hazırda torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir".

APA-nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

C. Qurbanov yolun gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacağını bildirib.

Lakin Prezident İlham Əliyev yolun yay mövsümünə kimi istifadəyə verilməsinin vacibliyini vurğulayıb: "Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR