Ceyranbatandan Qalaya su xətti çəkiləcək 

Ceyranbatandan Qalaya su xətti çəkiləcək 
# 10 iyul 2019 15:31 (UTC +04:00)

“Ceyranbatan su anbarından Qala istiqamətinə su xəttinin çəkilməsi barədə təklif Nazirlər Kabinetinə göndərilib”.

APA-nın xəbərinə görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Hacıqabulda Kürsutəmizləyici qurğular kompleksinə təşkil olunan infoturda jurnalistlərə deyib.

O qeyd edib ki, hökumətə təqdim olunan təkliflər paketində Ceyranbatan su anbarından Qala kəndi istiqamətinə magistral su xəttinin çəkilişi, Şirvan-Muğan su qrupundan Neftçala rayonuna 40 kilometrlik magistral xəttin çəkilişi və Bakı şəhərində yağışbasma ərazilərinin kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR