Dövlət Agentliyi Şamaxıda yolun vəziyyəti ilə bağlı açıqlama yayıb

Çuxuryurd–Sis–Qaleybuğurd–Keçmədin–Qaladərəsi avtomobil yolu

© APA | Çuxuryurd–Sis–Qaleybuğurd–Keçmədin–Qaladərəsi avtomobil yolu

# 13 yanvar 2022 14:09 (UTC +04:00)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.

“Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, - agentlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR