Dövlət Xidməti: "Azərpoçt" adından yenidən saxta sayt yaradıldığı aşkarlanıb - FOTO

Dövlət Xidməti: "Azərpoçt" adından yenidən saxta sayt yaradıldığı aşkarlanıb - FOTO
# 09 yanvar 2023 12:31 (UTC +04:00)

"Azərpoçt" adından saxta saytların yaradıldığı aşkarlanıb.

APA-Economics” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Məluamta görə, dələduzluq məqsədi ilə yenidən yaradılan saxta saytlar belədir:

hxxp://w.praiseplaintiff .cn/azerpostaz/
hxxps://sbphnz .cyou/1ugBk50I/azerpostaz/ (boşluq silinir)

“Bu dəfə dələduzlar "sual-cavab nəticəsində Azərpoçtdan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başladıblar. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR