Dövlət Xidməti: Ən çox kibertəhdidləri Rusiya və İran saytlarından yüklənən pirat proqram təminatları yaradır

Dövlət Xidməti: Ən çox kibertəhdidləri Rusiya və İran saytlarından yüklənən pirat proqram təminatları yaradır
# 17 iyun 2022 11:40 (UTC +04:00)

Ən çox kibertəhdidləri Rusiya və İran saytlarından yüklənən proqram təminatları yaradır.

"APA-Economics" xəbər verir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Tural Məmmədov bidirib ki, bu ölkələrin saytlarından yüklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90%-i zərərvericilərlə təmin edilib.

O əlavə edib ki, "Azstatnet" şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl "Sandbox" sistemi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR