Əhalinin tullantı sularına görə xərcləri kəskin artıb

Əhalinin tullantı sularına görə xərcləri kəskin artıb
# 26 aprel 2022 16:54 (UTC +04:00)

Ötən il Azərbaycanda tullantı sularının axıdılmasından 76 321,7 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 34,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 56 714,4 min manat təşkil edib.

Məlumata görə, hesabat dövründə tullantı sularının axıdılmasından əldə olunan gəlirin 35 527,7 min manatı əhali üzrə olub, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 89,1% çoxdur.

Qeyd edək ki, 2020-ci ildən əhali üzrə tullantı sularının axıdılmasından 18 783,9 min manat gəlir əldə olunub.

Komitənin məlumatına görə, ötən il Azərbaycanda axıdılan tullantı sularının həcmi 603 032,7 min kubmetr təşkil edib, bu da illik müqayisədə 1,8% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR